"Sumqayıt" bu rayonda toplanış keçəcək
- 11:00
- 58
"Sumqayıt"ın yay hazırlıq planı ilə bağlı müəyyən məsələlərə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, komanda böyük ehtimalla iyul ayının əvvəli bir araya gələcək.
Hazırlığın ilkin mərhələısi Sumqayıtda olacaq. Daha sonra isə ikinci mərhələ üçün komanda Qəbələyə yollanacaq və burada da 2 həftə hazırlıq keçəcək. "kimyaçılar"ın həm Sumqayıtda, həm də Qəbələdə yoxlama görüşləri keçirməsi də planlaşdırılır. İyunm ayında isə yeni baş məşqçinin kimliyi bilinəcək, hazırda rəhbərlik bununla bağlı işlər aparır.