Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Fransisko Trinkanın transferini rəsmən açıqlayıb.


Rekord.az xəbər verir ki, portuqaliyalı vinger "Sportinq"dən ayrılaraq yeni klubu ilə 4 illik müqavilə imzalayıb.


"Əl-Əhli" bu keçid üçün 45 milyon avro ödəyib. Müqavilədə əlavə 5 milyon avro bonus nəzərdə tutulub.


26 yaşlı futbolçu ötən mövsüm "Sportinq"in əsas simalarından biri olub. O, bütün turnirlərdə 47 oyuna çıxaraq 11 qol vurub və 15 məhsuldar ötürmə edib.