Sponsor "Şəki"dən imtina etdi, klub dağılır?
- 03 Dek 2025 15:00
- 239
II Liqanın iddialı komandalarından olan "Şəki"də vəziyyət ürəkaçan deyil.
Rekord.az xəbər verir ki, bir müddət öncə komandaya sponsorluq edəcəyini deyən "Flyblast” şirkəti geri çəkilib.
İki aydan çoxdur kluba bir qəpik də olsun ödəniş edilmir, futbolçular maaş almır. AFFA-dan gələn 5500 manat isə yaramır. Qış fasiləsində bir sıra aparıcı futbolçuların komandanı tərk edəcəyi gözlənilir.