
“Şkendiya” azarkeşləri üçün ayrılmış yerlər “Qarabağ” tərəfdarları üçün satışa çıxarılır
- 11 Avq 2025 22:00
- 36
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşlərinə ayrılmış yerlər Ağdam təmsilçisinin tərəfdarları üçün satışa çıxarılır.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının Bakıya gəlməməsi səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.
Satış sabah saat 12:00-dan start götürəcək.
“Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.