“Şimal” 1-ci Liqaya vəsiqə uğrunda matçda qələbə qazandı
- 18:00
- 35
"Şimal" komandası 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edəcək.
Rekord.az xəbər verir ki, Xaçmaz təmsilçisi buna çempionata vəsiqə uğrunda pley-off oyununda "Qaradağ Lökbatan"a qalib gəlməklə nail olub.
Şamaxı şəhər stadionundakı matç 2:1 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, "Şimal" cari mövsüm 1-ci Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə 2-ci Liqanı 2-ci pillədə başa vurub.