Serbiya Avropa çempionatının bürünc medalını qazandı
- 19:09
- 22
Qadın voleybolçuların Avropa çempionatında bürünc medalın sahibi bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün İstanbulda təşkil olunan üçüncü yer uğrunda görüşdə Polşa və Serbiya komandaları üz-üzə gəliblər.
Oyuna daha yaxşı başlayan Serbiya ilk iki seti qalib başa vurub. Növbəti hissəni isə Polşa aktivinə yazdırıb. Lakin Serbiya rəqibinə daha artıq sevinməyə imkan verməyib. Beləliklə, 4 set davam edən matçda Serbiya 3:1 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Polşa isə yarışı dördüncü pillədə başa vurub.
Qeyd edək ki, bu gün keçiriləcək finalda İtaliya və Türkiyə qarşılaşacaq.
Avropa çempionatı
6 sentyabr
Üçüncülük oyunu
Polşa - Serbiya 1:3 (21:25, 19:25, 25:15, 18:25)