2-ci Liqada 5-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Quba” “Göygöl”ü, “Şəki” “Şəmkir”i, “Qaradağ Lökbatan” isə “Xankəndi”ni xalsız yola salıb.

2-ci Liqa
5-ci tur

14 oktyabr

“Quba” – “Göygöl” 2:1
Qollar: Vidadi Cəfərov, 73. Cavid Qasımov, 76 – Sərcan Omarov, 87.

“Şəki” – “Şəmkir” 1:0
Qol: Cavid İmamverdiyev, 72.

“Qaradağ Lökbatan” – “Xankəndi” 2:0
Qollar: Rövşən Şahmuradov, 68; Şahin Zəkiyev, 80-öz qapısına.

Turun digər oyunları:
“Ağstafa Gəncləri” – “Ağdaş” 0:0
“Şirvan” – “Araz Saatlı” 4:0
“Dinamo” – “Kür-Araz” 3:1