2-ci Liqada 26-cı tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Dinamo” “Şəmkir”lə qarşılaşıb. Əyalət təmsilçisi 3 cavabsız qolla məğlub olub.

Daha öncə “Araz Saatlı” “Ağstafa Gəncləri”nə (3:0), “Xankəndi” “Şirvan”a (4:0), “Qaradağ Lökbatan” “Quba”ya (3:0), “Ağdaş” “Kür-Araz”a (2:1) qalib gəlib, “Şəki Siti” isə “Göygöl”ə (1:2) uduzub.

2-ci Liqa
26-cı tur

12 may

“Dinamo” – “Şəmkir” 3:0
Qollar: Valeh Seyidov, 39; 44-pen. Əlibala Ağayev, 83.