“Kəpəz” yarımmüdafiəçisi Əli Səmədovla müqaviləni yeniləyib.


Rekord.az bu barədə Gəncə klubuna istinadən xəbər verir.


Komandanın kapitanı ilə 2 illik anlaşma imzalanıb.


Əli Səmədov son mövsümdə 19 oyun keçirib. O, daha öncə “Sabah” və “Şamaxı”da da çıxış edib.