“Şəki” pley-offa yüksəldi
- 16:40
- 38
"Şəki" komandası Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda "Quba" ilə üz-üzə gəlib.
Qarşılaşma "Şəki"nin qələbəsi ilə bitib - 120:77. İlk görüşdə də qalib gələn kollektiv (101:89) pley-offa yüksəlib.
Günün ikinci matçında "Sərhədçi" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. İlk oyunda naxçıvanlılar qalib gəlib - 98:87.