“Şəki” ilə matçda yerli oyunçulara da üstünlük verdik”
- 18:00
- 34
Azərbaycan Basketbol Liqasının 16-cı turunda "Şəki" ilə qarşılaşan "Abşeron Lions"un baş məşqçisi Erhan Toker yerli oyunçulara da üstünlük verib.
Rekord.az xəbər verir ki, mütəxəssis bunu matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli məşqçi oyunun gərgin keçdiyini vurğulayıb:
"Əsas oyunçumuz Ceyms Freyzerə istirahət verdik. Digər basketbolçularımız bu görüşdə iştirak etdi və yaxşı mübarizə apardı. Bu sözləri rəqibə də aid edirəm. Oyunun böyük bir hissəsi başabaş mübarizə şəraitində keçdi. Bu gün yerli oyunçulara da üstünlük verdik və eyni zamanda iki azərbaycanlı basketbolçu parket üzərində oldu. Bunu qarşıda bizi gözləyən kubok matçları ilə də əlaqələndirmək olar. Sonda Şəki səfərindən qələbə ilə qayıtdığımız üçün komanda üzvlərini təbrik edirəm, rəqibə də gözəl oyuna görə minnətdaram".
"Şəki" - "Abşeron Lions" görüşü qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.