Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın işləri birə beş artıb.

Rekord.az xəbər verir ki, rəhbərlik hazırda həm də akademiyanın formalaşması ilə məşğuldu.

Bu işləri görmək isə akademiyanın rəhbəri Nadir Nəbiyevin çiyinlərinə düşüb. Nəbiyev bizimlə söhbətində aşağı yaş qruplarından ibarət komandaların formalaşdırılması yolunda çalışdıqlarını bildirib. Bəs görəsən "Şəfa"nın uşaq komanadları hansı meydançada məskunlaşacaq, ev oyunlarını harada keçirəcək. Sualımıza Nadir bəy belə cavab verdi: "Hazırda məşqlərimizi "ASK Arena"da keçirik.  Hazırda seçimlər gedir. Daha sonra istirahət olacaq. İstirahıtdən sonra ola bilsin ki, başqa stadiona keçdik. Yaxud burda da qala bilərik".