“Şəfa”dan növbəti transfer
- 22:08
- 45
"Şəfa" yeni transfer gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusiflini transfer edib. 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
U-21 milli komandamızın sabiq üzvü olan Fərid Yusifli karyerası ərzində “Turan Tovuz”la yanaşı, “Neftçi”nin də formasını geyinib.
Xatırladaq ki, "Şəfa" bunadək Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev Vlad Pop, Andrey Fernando Draqu, Dilan Mertens və və Mussa Quelini də heyətinə qatıb.