"Şəfa" yeni mövsümə hazırlıq planını açıqladı
- 19:00
- 41
"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə "Şəfa" Qəbələyə yollanacaq.
Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.
Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.