I Liqanın qalibi olaraq Premyer Liqaya birbaşa vəsiqə qazanan "Şəfa"da baş məşqçi məsələsi ilə bağlı suallar hələ də açıq qalır.

Rekord.az xəbər verir ki, hazırkı baş məşqçi Elgiz Kərəmlinin postunda qalması da mümkündür.

Lakin komandaya daha təcrübəli məşqçinin dəvət olunması da aktuallığını qoruyur. Bizim əldə etdiyimiz məlumata görə isə komandaya yeni baş məşqçi cəlb olunsa belə, Kərəmlinin klubdan göndərilməsi planlaşdırılmır. Rəhbərlik ona əsas komandada köməkçi postunu təklif edəcək. O başqa məsələ ki, vəziyyət elə olarsa Kərəmli köməkçi olmağı qəbul edəcək, ya yox.