Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etmək istəyən “Qəbələ” və “Səbail” klubları bu gün yoxlama oyunu keçiriblər.

Rekord.az xəbər verir ki, elita təmsilçiləri “Asco Arena”da üz-üzə gəliblər.

Beş qolun qeydə alındığı qarşılaşma “Qəbələ”nin qələbəsiylə başa çatıb – 3:2. “Səbail”in heyətində Eriko da Silva ilə Mirabdulla Abbasov fərqlənib. Əyalət təmsilçisinə qələbə gətirən qolları isə Asif Məmmədov, Sadiq Quliyev və Samir Məhərrəmli vurub.

Xatırladaq ki, “Qəbələ” ilə “Səbail” Premyer Liqadakı fasilə ərəfəsində məhz bir-biri ilə qarşılaşmışdı. 11-ci tur çərçivəsində Qəbələdə baş tutan oyunda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinmişdilər.

Yoxlama oyunu
16 noyabr

Səbail - Qəbələ 2:3
Qol: Eriko da Silva, 15, Elton Yaqublu, 56-pen. - Asif Məmmədov, 41, Sadiq Quliyev, 43, Samir Məhərrəmli, 70.