Samir Abasov ona ehtiyac görmədi
- 2020-11-24 17:00
- 814
Xəbər verdiyimiz kimi, Samir Abasov "Neftçi"yə öz komandası ilə gəldi.
Rekord.az xəbər verir ki, Seymur Rəhimov və Vəfadar Quliyevi yanına gətirən Abasov hələ ki, yalnız qapıçılarla işləyən məşqçi Etibar Tarverdiyevi saxlayıb.
İqor Getmana isə ehtiyac duymayıb. Əsas komandadan kənarlaşdırılan Getman bundan sonra böyük ehtimalla klubun uşaq komandalarının birində çalışacaq.