
“Şamaxı”nın ikinci rəqibi məlum oldu
- 19 İyn 2025 22:30
- 33
“Şamaxı” yeni mövsümün hazırlığına iyulun 5-də Qəbələ şəhərində start verəcək.
Rekord.az xəbər verir ki, sözügedən komanda toplanış zamanı keçirəcəyi ikinci yoxlama oyununda “Karvan” ilə qarşılaşacaq.
Klubdan verilən məlumata görə, qarşılaşma iyulun 21-də Qəbələ şəhər stadionunda keçiriləcək.
Daha öncə “Şamaxı”nın iyulun 14-də “Qəbələ” ilə də yoxlama oyunu keçirəcəyi açıqlanmışdı.