"Şamaxı"nın sabiq futbolçusu Vasili Bakiç Finlandiyanın "İlves" klubuna keçib.


Rekord.az xəbər verir ki, bu barədə Tampere təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.


Serbiyalı futbolçu 2024/2025 mövsümündə "Şamaxı"nın heyətində Premyer Liqada 23 matça çıxıb, 1 qola müəlliflik edib.