“Şamaxı”dan ayrılan hücumçu “Qəbələ”də
- 21:47
- 32
“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi Karim Rossini heyətinə qatıb.
Rossi ötən mövsümü "Şamaxı"nın heyətində keçirib. 32 yaşlı hücumçu geridə qalan mövsümdə Premyer Liqada 10 qol vurmaqla "Şamaxı"nın bombardiri olub.
"Qəbələ" bunadək Kouya Mabena və Natan Monzanqonu da heyətinə cəlb edib.