"Turan Tovuz"la oyunda məğlub olan "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərov matçdan öncə Şamaxıya güclü qar yağdığını, bu səbəbdən də stadionda yox, zalda məşq etdiklərini əsas gətirərək bunu məğlubiyyətə əsas səbəb kimi göstərdi.

Rekord.az xəbər verir ki, əslində süni örtüklü meydançanı qardan təmizləyib oyun öncəsi məşq keçmək olardı.

Lakin problem qar təmizləyən maşının olmaması ilə bağlı olub. Hətta deyilənə görə, bunun üçün yerli icra hakimiyyətinə müraciət olunsa da, klub qar təmizləyən maşınla vaxtında təmin olunmayıb. Buna görə də stadionu yalnız oyun üçün hazırlamaq mümkün olub.