“Şamaxı”nın futbolçusu Nihat Mehralıyevlə müqaviləsinin müddəti başa çatıb.


Rekord.az xəbər verir ki, klub 20 yaşlı oyunçu ilə yeni müqaviləyə ehtiyac duymayıb.


Əyalət təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


Mehralıyev 2025-ci ilin yayında “Qarabağ”ın ikinci komandasından “Şamaxı”ya keçmişdi.