“Şamaxı”da daha beş ayrılıq
- 17:00
- 34
“Şamaxı” daha 5 futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb.
Həmin futbolçular məxsus olduqları klublarına qayıdıblar. “Şamaxı” futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Əyalət təmsilçisi daha öncə Karim Rossi və Rüfət Abbasovla da vidalaşmışdı.