"Şamaxı"da baş məşqçi Ayxan Abbasovdan sonra daha 6 ayrılıq yaşanıb.


Rekord.az xəbər verir ki, klubun məşqçilər heyətində yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev ilə müqavilə müddətləri başa çatıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Klub onlarla yeni müqavilə imzalamayıb və yollarını ayırıb.