"Şamaxı" yay hazırlığını harada keçəcək?
- 15:00
- 50
"Şamaxı"nın yay hazırlıq planına müəyyən mənada aydınlıq gəlib.
Rekord.az-a daxil olan məlumata görə, Şamaxı təmsilçisi yeni baş məşqçi Azər Bağırovun rəhbərliyi altında iyulun əvvəli Şamaxıda bir araya gələcək.
Bir müddət doğma rayonda məşq edəcək komandanın daha sonra ikinci mərhələ üçün Qəbələyə yollanacağı gözlənilir. Yoxlama görüşləri də məhz Qəbələdə nəzərdə tutulub.