"Şamaxı" Teşager Dequnu heyətinə qatdı
- 11:31
- 19
"Şamaxı" klubu İsraildən olan futbolçu Teşager Dequnu heyətinə qatıb.
Sports.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Teşager Dequ son olaraq İsraildə "İroni" (Modin) klubunun formasını geyinib.