"Şamaxı" gürcüstanlı hücumçu ilə gücləndi
- 14:00
- 26
"Şamaxı" klubu gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb.
Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tornike Axvlediani son olaraq Gürcüstanın "İberiya 1999" komandasında çıxış edib.