
Salah “ilin futbolçusu” seçildi
- 20 Avq 2025 16:00
- 60
Məhəmməd Salah İngiltərədə “ilin futbolçusu” seçilib.
Rekord.az Peşəkar Futbolçular Assosiasiyasına istinadən xəbər verir ki, “Liverpul”un misirli futbolçusu 3-cü dəfə bu mükafata sahib çıxıb.
33 yaşlı hücumçu daha əvvəl 2017/2018 və 2021/2022-ci illər mövsümlərinndə ilin ən yaxşısı seçilib.
Ötən mövsümdə Salah "mersisaydlılar”ın heyətində 29 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.