Qusar "Şahdağ"ı növbəti mövsüm ahzırlıqlarını davam etdirir. "Rekord.az" xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsindən məlumat verilib. 

Orada qeyd olunur ki, "Yaxın vaxtlarda AFFA tərəfindən təşkil olunan Region Liqası turnirinə start veriləcək. "Şahdağ" futbol klubu bu turnir üçün hazırlıqlarını davam etdirir. Bu istiqamətdə bütün sənədli məsələlər həll olunur. Tezliklə "Şahdağ" futbol klubu qarşıdan gələn mövsüm barədə ətraflı məlumat açıqlayacaq".