Sabirabadda güləş turniri keçirilib
- 12:45
- 34
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü" nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Sabirabad rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, Zaur Əliyev idman zalında keçirilən turnirin əsas məqsədi sağlam həyat tərzinin təbliği, bədən tərbiyə və idmana marağın artırılması, sərbəst güləş idman növünün tanıdılması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olmuşdur.
Yekunda qalib idmançılar müvafiq diplom və medallarla təltif edilib.