"Sabah"ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub.


Bu barədə Rekord.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.


Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.


Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.