“Sabah”ın vurduğu qollar oyunun gedişinə uyğun deyildi” - Harrison
- 01:55
- 28
Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"a məğlub olduqları cavab oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzmalarına rəğmən, bu matça yaxşı başladıqlarını bildirib:
"İlk 15-20 dəqiqədə üstün tərəf biz idik. Amma rəqibin vurduğu ilk qol bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu. Bu, komandanın ruh yüksəkliyinə mənfi təsir göstərdi. Birinci hissədə iki çox anlamsız qol buraxdıq. Məncə, həmin qollar oyunun gedişinə uyğun deyildi. O vaxta qədər üstünlük bizdə idi.
Düşünürəm ki, ilk hissə 0:0 hesabı ilə başa çatsaydı, fasilədən sonra vəziyyəti dəyişə bilərdik. Ancaq fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq çox məyusedici idi. "Sabah" yaxşı komandadır. Əks-hücumlara çox sürətlə çıxırlar. Birinci hissədə onların cinahlardakı sürətinə qarşılıq verə bilmədik".
Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirinin I təsnifat mərəhləsində TNS kollektivini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə üstələyərək növbəti raunda adlayıb.