"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq.


Qarşılaşma "Park Holl" stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.


Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.


Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.