“Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda
- 11:15
- 32
“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski yenidən Rusiyada işləyəcək.
Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi “Ural”ı çalışdıracaq.
Bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun qarşısına yenidən komandanı Premyer Liqaya qaytarmaq məqsədi qoyulub.
Berezutski futbolçu karyerasını başa vurduqdan sonra “Vitess” (Niderland), ÇSKA, “Krasnodar”, “Şanxay Şenxua” (Çin) komandalarında köməkçi məşqçi kimi çalışıb.
O, 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub və kluba Azərbaycan kubokunu qazandırıb.
“Ural” 21 oyundan sonra 41 xalla Liqa Pari-də 2-ci yeri tutur. Komanda lider “Fakel”dən 7 xal geri qalır.