“Sabah”ın rəqibindən qələbə
- 19 İyl 2026 15:00
- 53
"Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "KuPS" Finlandiya çempionatında 16-cı tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda səfərdə SJK ilə qarşılaşıb.
Görüşdə KuPS 2:0 hesablı qaləbə qazanıb. Hesabı 24-cü dəqiqədə Xayme Moreno açıb. 32-ci dəqiqədə isə Castin Luyeye-Lutumba fərqlənib.
Hazırda turnir cədvəlində KuPS 33 xalla liderdir. SJK isə 14 xalla 10-cudur.
Bu komandalar arasında ilk görüş iyulun 21-də (saat 20:00), cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada (Bakı vaxtı ilə 19:00) keçiriləcək.