“Sabah”ın futbolçusu millinin düşərgəsindən ayrıldı
- 19:20
- 41
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.
Rekord.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.
Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan İBARƏT komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.