“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu
- 14 Dek 2025 18:30
- 45
Əvəzedicilər Liqasında 14-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
“Sabah-2” “Zirə-2” ilə ev oyununda məğlub olub. “Sumqayıt-2” isə “Şamaxı-2” üzərində qələbəyə sevinib.
Əvəzedicilər Liqası
14-cü tur
14 dekabr
“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.
“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar: Əjdər Hacılı, 2; 38; 61 - Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.