Əvəzedicilər liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimi baş tutub.


Rekord.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilmiş tədbirdə turnirin qalibi “Sabah-2” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.


Komandaya qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər. Ardınca “Sabah-2” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.