Bu gün Azərbaycan kubokunun final matçı keçirilib.

Rekord.az xəbər verir ki, həlledici oyunda son çempion “Sabah”la “Zirə” qarşılaşıb.

"Palms Sports Arena”da keçirilən bu matçı Elçin Məsiyev idarə edib.

“Sabah” kuboku da qazanmaqla “qızıl dubl” etmək arzusundaydı. “Zirə” isə avrokuboklardan kənarda qalmamaq üçün mütləq ölkə kubokunu qazanmalıydı. Amma görüş "Sabah"ın əzmkar qələbəsi ilə yekunlaşıb. Beləliklə, bir mövsümdə iki titula sahib çıxan "Sabah" "qızıl dubl"a imza atıb.

Azərbaycan kuboku
Final

13 may

"Sabah" - "Zirə" 2:1
Qollar: Patrik Mbina, 70. Coy Lens Mikels, 90+2 - Eren Aydın, 4.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
"Palms Sports Arena”.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.