“Sabah”dan Mütəllimovla yeni müqavilə
- 17:30
- 36
"Sabah" klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
Rekord.az kluba istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.
Mütəllimov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu "Sabah"da ümumilikdə 102 oyun keçirib. O, "bayquşlar"ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Kubokunun qalibi olub.