Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.


Rekord.az xəbər verir ki, "Sabah"ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli "Ceyran" komandasını böyük hesabla məğlub edib – 9:0.


İlqar Mənsimovun baş məşqçisi olduğu komanda final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.


Qonaev City Cup


Yarımfinal 


Ceyran - Sabah 0:9

Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov. 


Final


Sabah - OSDYŞ Konayev 9:0

Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.