Premyer Liqanın 32-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” oyununa bilet satışı davam edir.


Rekord.az xəbər verir ki, artıq bu görüşə 4 min bilet satılıb.


Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.


Bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, sizi bir-birindən maraqlı sürprizlər də gözləyir:


Oyunu stadiondan izləyən 2 azarkeş “Sabah”, “Bank Respublika” və “Azərlotereya”nın dəstəyi ilə  komandanın UEFA Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq.


Oyundan sonra 2025/26 mövsümünün çempionu olan “Sabah”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.


Matçdan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək.


Oyundan sonra tanınmış “Qara Dərviş” qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.


32-ci tur çərçivəsində baş tutacaq oyun mayın 17-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.


Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.


Biletinizi almağa tələsin!


O da qeyd edilir ki, oyun günü stadionun qarşısındakı avtomobil yolunda təhlükəsizlik səbəbilə hərəkətə məhdudiyyət tətbiq olunacaq. Oyunda yerinizi rahat şəkildə tutmaq üçün stadiona matçdan 2 saat əvvəl gəlməyiniz xahiş olunur.