Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış oyunlardan biri bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.


"Sabah" hazırda A qrupunda 25 xalla ikinci, "ağ-qaralar" 19 xalla üçüncü pillədə qərarlaşıb.


Qeyd edək ki, 11-ci turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da baş tutacaq.