"Sabah" Masazırdan niyə köçür? - ÖZƏL!
- 15:00
- 19
Son günlər "Sabah"ın Masazırdan köçəcəyi və "Liv Bona Dea Arena"da məskunlaşacağına dair xəbərlər yayılıb.
Rekord.az xəbər verir ki, əslində xəbərlər əsassız deyil.
Əldə etdiyimiz məlumata görə, komanda hətta yeni mövsüm üçün Mərdəkandakı stadionun adını ehtiyat stadion kimi də PFL-ə təqdim edib. Bəs görəsən "Sabah" Masazırdan niyə köçmək istəyir, buna səbəb nədir? Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, buna səbəb Masazır stadionun sahibinin icarə haqqını qaldırmasıdır. Məlum olduğu kimi, "Sabah" bu stadionu icarəyə götürüb, buraya kifayət qədər xərc çəkib. Bu il isə icarə müddəti başa çatır və yeni müqavilə bağlanması lazımdır. Stadion sahibi isə hazırkı müqavilədən qat-qat yüksək icarə haqqı tələb edir. "Sabah" rəhbərliyi isə bu şərtlərlə Masazırda qalmaq niyyətində deyil. Mərdəkana kömək variantı da burdan yarandı. Nəzərə alaq ki, daha öncə klub Mərdəkana yaxın Şüvəlan stadionunu da alıb yenidən qurmuşdu. Komanda hazırda məhz Şüvəlan stadionundan təlim-məşq bazası kimi istifadə edir. Bundan sonrakı mərhələdə də Şüvəlanda məşq edib Mərdəkanda oynamaq hər mənada kluba sərf edir.