Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-ə uduzsa, mübarizəni Avropa Liqasında davam etdirəcək.


Rekord.az xəbər verir ki, paytaxt klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.


Xatırladaq ki, UEFA Avropa Liqasında bu raundun matçları 6 və 13 avqusta təsadüf edəcək.