“Sabah” ÇL-də növbəti oyununa bu gün çıxacaq
- 13:30
- 29
"Sabah" basketbol komandası Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək.
"Sabah" B qrupunda 4 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 5 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.