
“Sabah” – “Çelye” oyununun biletləri satışa çıxarıldı
- 23 İyn 2025 21:30
- 46
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanı stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
Bundan başqa, qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.
“Sabah” – “Çelye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.