“Sabah” Berlində “Alba”ya qarşı
- 13:40
- 27
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək.
Rekord.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində "Alba" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. "Alba" və Fransanın "Elan Şalon" kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiyanın "Nimburk" komandası üçüncüdür.