“Sabah” klubu uzun müddətli icarəyə götürdüyü “Bank Respublika Arena”da xeyli işlər görüb.

Rekord.az xəbər verir ki, arenanın simasının dəyişməsinə nail ollan rəhbərlik bu sahədə fəaliyyətini davam etdirir.

“Səbail”lə oyun zamanı qapıı arxası sektorların birində oturacaqların bir hissəsinin sökülməsinin şahidi olduq. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan bunun səbəbini soruşanda məlum oldu ki, həmin oturacaqlar köhnə və tam yararlı olmadığı üçün sökülüb. Qısa zamanda yeni oturacaqlar quraşdırılacaq.