“Sabah” amerikalı basketbolçu ilə gücləndi
- 17:40
- 32
"Sabah" basketbol klubu heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cerri Bleyksla 2 mövsümlük müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi "Hefei Storm" olub.
2016-cı ildən peşəkar arenada çıxış edən C.Bleyks daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.